Ronaldu “Real Madrid”ə qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildiribbackend

Ronaldu “Real Madrid”ə qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya “Real Madrid”inə qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

TİA.AZ-ın məlumatına görə, 36 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesablarında yazıb.

O, bütün diqqətini hazırkı klubuna yönəltdiyini vurğulayıb: “Məni tanıyan hər kəs işimə necə diqqət yetirdiyimi bilir. Daha az danışmaq və daha çox hərəkət etmək mənim devizimdir. Mediada qeyri-ciddi məlumatlar var. Bu, komandalara və oyunçulara hörmətsizlikdir”.

Təcrübəli forvard Madrid təmsilçisində müxtəlif uğurlar qazandığını xatırladıb: “Bütün bunlar “Santyaqo Bernabeu” stadionundakı muzeydə, həmçinin hər klub azarkeşinin beynində var. Bilirəm ki, “Real Madrid” fanatları məni ürəklərində saxlayacaqlar”.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildə “Real Madrid”dən 120 milyon avro qarşılığında Turin təmsilçisinə keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.