Ronaldu “Mançester Yunayted”ə qayıtmaq qərarından danışdıbackend

Ronaldu “Mançester Yunayted”ə qayıtmaq qərarından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mançester Yunayted”in və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu İngiltərə Premyer Liqasında “Nyukasl”a qarşı keçirdiyi oyundan sonra öz “Instagram” səhifəsində hər kəsin marağına səbəb olan paylaşım edib.
TİA.AZ xəbər verir ki, dünya ulduzu “Old Trafford” stadionunu xəyalların teatırına bənzədərək buranın sehrli olduğunu dilə gətirib.
Etdiyi seçimdən qürur duyduğunu bildirib:
“”Mançester Yunayted”ə qayıtmaqdan və yenidən Premyer Liqada oynamaqdan qürur duyuram! Ancaq hər şeydən əvvəl komandaya kömək etməkdən məmnunam!”. Bura mənim üçün həmişə sehrli olub. Burada can atdığın hər şeyi əldə edə bilərsən. Mən və komanda yoldaşlarım tribunalardan böyük dəstək alaraq irəliyə doğru ümid və nikbinlikə irəliləyirik”.