Ronaldu futbol tarixinin bombardiri oldubackend

Ronaldu futbol tarixinin bombardiri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu qol sayında mütləq rekordçuya çevrilib.

TİA.AZ-ın  məlumatına görə, portuqaliyalı hücumçu buna “Napoli” ilə İtaliya Super Kuboku matçında nail olub. 64-cü dəqiqədə fərqlənən 36 yaşlı forvard karyerasında 760-cı qolu vurub. Bununla da Ronaldu çexiyalı Yozef Bitsanın müəyyənləşdirdiyi mütləq rekordu arxada qoyub. Bitsan 1931 – 1955-ci illərdə 759 qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl əfsanəvi Pelenin rekordunu keçib. Braziliyalı forvard 812 rəsmi matçda 757 qol vurub.