Ronaldu Azərbaycanla matçda rekorda imza atdıbackend

Ronaldu Azərbaycanla matçda rekorda imza atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kriştianu Ronaldu Azərbaycan yığması ilə oyunda rekorda imza atıb.
TİA.AZ xəbər verir ki, hücumçu Portuqaliya millisində ən uzunmüddətli karyeraya malik futbolçu adına yiyələnib.
Belə ki, millidə 171-ci matçını keçirən Ronaldu debütündən 6426 gün sonra Azərbaycana qarşı (1:0) oynayıb. Onun 2003-cü il avqustun 20-dəki ilk yığma matçından 17 il 7 ay 2 gün keçib.
Bununla da Ronaldu Vitor Damasın rekordunu keçib. Onun Portuqaliya millisindəki ilk və son oyunları arasında 6305 gün, yəni 17 il 3 ay 5 gün müddət olub.