Ronaldu Azərbaycana qarşı oynamayacaqbackend

Ronaldu Azərbaycana qarşı oynamayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri səfər matçında meydana çıxmayacaq.
TİA.AZ xəbər verir ki, buna səbəb superulduzun evdə İrlandiyaya 2:1 hesabı ilə qalib gəldikləri seçmə mərhələ matçında sarı vərəqə alaraq cəzalı duruma düşməsidir.
Görüşün sonlarında dublunu rəsmiləşdirərək komandasına qələbə qazandıran 36 yaşlı hücumçu ikinci qoldan sonra formasını çıxardığı üçün “sarı” görüb.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Portuqaliya oyunu 20:00-da başlayacaq.