Ronaldoya maaşının 8 qatı qədər təklifbackend

Ronaldoya maaşının 8 qatı qədər təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mançester Yunayted”in portuqaliyalı superulduzu Kriştiano Ronaldo inanılmaz təklif alıb.
TİA.AZ xəbər verir ki, Səudiyyə Ərəbstanı klublarıəndan biri futbolçuya hazırkı maaşının 8 qatını, illik 243 milyon avro təklif edib.  Hücumçuya belə tarixi müqavilə təklifinin olması haqda məlumatı “Mirror” yazıb. Hazırda “Mançester Yunayted”dən ildə 31 milyon avro qazanan portuqaliyalı ulduzun bu təklifə necə cavab verəcəyi maraq doğurur.
“Mançester Yunayted”in bombardiri Çempionlar Liqasınna oynamaq şansı qazanmayan Ronaldo yay transfer pəncərəsini ÇL-də oynayacaq klub axtarışında keçirib. 37 yaşlı futbolçunu “Çelsi”, “Bavariya”, PSJ, “Atletiko” kimi klublara tövsiyə edən meneceri bu komandalardan istədiyi nəticəni ala bilməyib.
Transfer şayiələri və şəxsi işlərinə görə “Mançester Yunayted”in təlim-məşq toplanışı prosesinə qatılmayan CR7, baş məşqçi Erik ten Haq tərəfindən ilk “11-lik”dən uzaqlaşdırılıb. Bu səbəbdən hollandiyalı məşqçi ilə problem yaşadığı iddia edilən futbolçunun yanvarda komandadan ayrılacağı bildirilir.