Ronaldonu yeni saç düzümü ilə qoyuna oxşatdılar – FOTObackend

Ronaldonu yeni saç düzümü ilə qoyuna oxşatdılar – FOTO

“Yuventus”un məşhur hücumçusu Kriştiano Ronaldonun yeni saç düzümü fanatlar tərəfindən lağa qoyulub.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, şəxsi “İnstagram”ında paylaşdığı fotoda o, həmkarı Xuan Kuadrado ilə birlikdədir və saçlarını onun qıvrım saçlarına oxşatmaq istəyib.

Ronaldonu yeni saç düzümü ilə qoyuna oxşatdılar - FOTO

“Qardaşım kimi görünmək cəhdim barədə nə düşünürsünüz?” – deyə Ronaldo izləyicilərinə sual verib.

“Yuventus” un keçmiş oyunçusu Medi Benatia, eləcə də Portuqaliya yığmasının hücumçusu Cessica Silva Ronaldonun saçına gülüblər, bir neçə izləyici onu qoyuna oxşadıb, bəziləri isə futbolçunun yeni bərbərə ehtiyacı olduğunu deyiblər.

İyunun 27-də Ronaldonun “Louis Vuitton” markasından olan 1.4 min avroluq əlvan kostyumu da komanda yoldaşlarının gülüşünə səbəb olub.

Ronaldonu yeni saç düzümü ilə qoyuna oxşatdılar - FOTO

Kriştiano Ronaldo – “Qızıl top” mükafatının beşqat qalibi, Çempionlar Liqasının beşqat qalibi, İngiltərə, İspaniya və İtaliya çempionudur. Portuqaliya yığmasının tərkibində olarkən Avropa çempionatında da qalib gəlib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki