Tribuna İnformasiya Agentliyi

“Ronaldonu alqışlayıram” – Ərdoğan

19 İyun

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan DÇ-2018-in startı barədə fikirlərini bildirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, güclü komandaların turnirə uğurlu başlamadığını bildirib: “Əvvəlcə favoritimin Almaniya olduğunu demişdim, amma yanıldım. Almaniya ilk matçda uduzdu, vəziyyət bir az çətinləşdi. Güclü komandalar məğlub olur. Almaniya uduzdu, Braziliya xal itirdi. Meksika əla başladı. Bundan sonra belə davam edib-etməyəcəyini bilmirəm”.

Ərdoğan İspaniya ilə matçda het-trikə imza atan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo barədə də müsbət fikirlər səsləndirib: “Onun cərimə zərbəsindən vurduğu qol möhtəşəm idi. Hər kəs o matçda elə oyun, xarakter nümayiş etdirə bilməz. Üstəlik, Ronaldonun Fələstin məsələsindəki münasibəti, bunlar çox önəmlidir. Ronaldonu alqışlayıram”.