Tribuna İnformasiya Agentliyi

Ronaldodan Fələstinə 1,5 milyonluq hədiyyə

16 May
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Ramazan ayı münasibəti ilə fələstinlilərə 1,5 milyon dollar bağışlayıb.
 
TİA.AZ xəbər verir ki, məbləğ ehtiyacı olan müsəlmanlara yönəldiləcək.
Portuqaliyalı ulduz önce də fələstinlilərə yardım göstərib. Belə ki, 2012-ci ildə “Qızıl butsu”nu xərraca çıxaran futbolçu, qazandığı 1,5 milyon avronu Qəza zolağında yerləşən məktəbə və onun şagirdlərinə hədiyyə edib.