Ronaldo “Twitter”də ən çox təhqir edilən futbolçu oldubackend

Ronaldo “Twitter”də ən çox təhqir edilən futbolçu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kriştianu Ronaldu ötən mövsüm “Twitter”də ən çox təhqir edilən Premyer Liqa oyunçu olub.
Bu barədə Alan Tyurinq İnstitutunun alimlərinin araşdırmasına istinadən “Ofcom” məlumat yayıb.Tədqiqatçılar 2021/22 mövsümünün ilk beş ayında yazılmış 2,3 milyon tviti təhlil ediblər.
Onlardan təxminən 60 mini təhqiredici olub.
Həmin tvitlərdən 12520-si Ronalduya ünvanlanıb. Harri Maquayre 8954 tvitlə ikinci, Markus Reşford isə 2557 tvitlələ üçüncü yeri tutub.
Ümumilikdə, ilk 10-luqda “Mançester Yunayted”in 8 futbolçusu var.