Tribuna İnformasiya Agentliyi

Ronaldo saqqal saxlamasının səbəbini açıqladı: “Mənə uğur gətirir”

21 İyun

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun saqqal saxlamasının səbəbi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçunun özü məlumat verib.

O bildirib ki, İspaniya ilə oyundan əvvəl etdiyi zarafata görə bunu edib:

“Komanda yoldaşlarıma dedim ki, İspaniya ilə oyunda qol vursam, saqqal saxlayacağam. Qol vurdum, ikinci matçda da fərqləndim. Mundial başa çatana kimi bu saqqalı qırxmayacağam. Çünki o, mənə uğur gətirir”.

Qeyd edək ki, Kriştianu Ronaldu İspaniya ilə görüşdə (3:3) üç, Mərakeşlə matçda (1:0) bir qol vurub. O, hazırda dörd qolla mundialın ən sərrast futbolçusudur.