Ronaldo karyerasında 800-cü qolunu vurdubackend

Ronaldo karyerasında 800-cü qolunu vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu olan Kriştianu Ronaldo Premyer Liqanın 14-cü turunda “Arsenal”la oyunda komandasının növbəti, ikinci qolunu vurub.
TİA.AZ xəbər verir ki, bu, 36 yaşlı ulduz oyunçunun karyerasında 800-cü qol olub.
Xatırladaq ki, hücumçu Mançester “Yunayted”ə “Yuventus”dan keçib. Portuqaliyalı futbolçu Çempionlar Liqasında 5 matçda 6 qol vurub, Premyer Liqanın 10 oyununda 4 dəfə fərqlənib və 2 məhsuldar ötürmə edib. Ronaldunun müqaviləsi 2023-cü ildə başa çatacaq.
Qeyd edək ki, Ronaldo “Mançester Yunayted”də 129 (307 oyun), “Real Madrid”də 450 (438 oyun), “Yuventus”da (134 oyun) 101 və “Sportinq”də (31 oyun) 5 qol vurub. Bundan başqa, portuqaliyalının millidə keçirdiyi 184 oyunda 115 qolu var.