Ronaldo hesabı açsa da, “Mançester Yunayted” “Yanq Boyz” qarşısında aciz qalıbbackend

Ronaldo hesabı açsa da, “Mançester Yunayted” “Yanq Boyz” qarşısında aciz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Mançester Yunayted” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsi oyununda İsveçrənin “Yanq Boyz” komandası ilə qarşılaşıb. Matç ikincilərin 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesab 13-cü dəqiqədə açılıb. Bruno Fernandeşdən ötürmə alan Kriştianu Ronaldo komandasını sevindirib.

 

Ancaq görüşün 35-ci dəqiqəsindən ingilislər azlıqda oynayıblar. Müdafiəçi Aaron Van-Bissaka meydandan kənarlaşdırılıb.

Matçın 66-cı dəqiqəsində İsveçrə yığmasının futbolçusu Mumi Nqamalyo cavab qolunu vurub. İkinci hissəyə əlavə olunan vaxtda Teozon-Jordan Sibaço effektiv zərbəsi ilə “Yanq Boyz”a qələbə qazandırıb.

Çempionlar Liqası 2021/22

F. qrupu 1 -ci tur

“Yanq Boyz” – “Mançester Yunayted” – 2:1

Qollar: 0:1 – Kriştianu Ronaldo (13), 1:1 – Mumi Nqamalyo (66), 2:1 – Teozon-Jordan Sibaço (90 + 5).