Tribuna İnformasiya Agentliyi

Ronaldo DÇ-dən sonra “Real”dan gedir

07 İyun

Çempionlar Liqasının finalında “Liverpul”a qalib gəldikləri oyundan sonra “Real”dan ayrılmaq qərarı verən Kriştiano Ronaldo barədə maraqlı iddia ortaya atılıb.

“Qafqazinfo” xəbər verir ki, “Record” qəzetinin məlumatına görə, 33 yaşlı hücumçu DÇ-dən sonra “kral klubun”dan gedəcək. Portuqaliyalı ulduz Florentino Peresin yeni müqavilə təklifini geri çevirib.

Məlumatda qeyd edilib ki, Ronaldo Peresə “pul mənim üçün önəmli deyil” deyib. Ayrılıq qərarında baş məşqçi Zinəddin Zidanın da gedişinin təsiri olub.

Ronaldonun İtaliya, Fransa və İngiltərə klublarından birinə keçəcəyi gözlənilir.