Roman Abramoviçi Britaniyadan qovurlarbackend

Roman Abramoviçi Britaniyadan qovurlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı milyarder Roman Abramoviçin Britaniya vizası 2003-cü ildən bəri ilk dəfə uzadılmayıb

“The Bell” nəşri xəbər verir ki, üç həftə bundan əvvəl Abramoviçin vizasının vaxtı tükənib.
Nəşr əlavə edir ki, iş adamı öz müraciətinə hələlik rəsmi cavab almayıb, Birləşmiş Krallığın hökuməti onun sənədlərini araşdırmaqda davam edir.
Qeyd olunduğuna görə, məhz son 15 ildə ilk dəfə vizasının uzadılmaması üzündən Roman Abramoviç dünən İngiltərə Kubokunun final oyununu izləyə bilməyib. Həmin oyunda onun sahibi olduğu “Çelsi” klubu “Mançester Yunayted”ə qalib gəlib.(Virtualaz.org )