Tribuna İnformasiya Agentliyi

Roma Papası: “Zorakılıq heç vaxt sülh gətirmir”

16 May

Roma Papası I Fransisk Fələstin və İsrail arasında gərginliklə bağlı narahatlığını bildirib

Vatikanda keçirilən mərasim zamanı çıxış edən Roma Papası tərəfləri sülh və əmin-amanlıq naminə dialoqa çağırıb.
I Fransisk bildirib ki, zorakılıq nəticəsində həlak olanlar və onların yaxınları üçün dualarını davam etdirir:
“Zorakılıq heç vaxt sülhə gətirib çıxarmır. Müharibə müharibəni, zorakılıq zorakılığı cəlb edib. Mən bütün tərəfləri öz öhdəliklərini yerinə yetirməyə çağırıram ki, ədalət və sülh qələbə çalsın”.(APA)