Roma Papası Putinlə görüşmək istəyirbackend

Roma Papası Putinlə görüşmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Papası Fransisk Ukraynadakı vəziyyətə görə Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyir.

TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Roma Papası Moskvaya getməyə hazır olduğunu bəyan edib.

Papa Ukraynadakı vəziyyəti nizamlamaq üçün Putinlə görüşmək arzusunu növbəti dəfə dilə gətirib.

Vatikan rəhbəri bildirib ki, o, hələ Kiyevə getmir, öncə Putinlə görüşmək üçün Moskvaya yollanmaq istəyir.

Xatırladaq ki, Putin bundan əvvəl Roma Papasının mühasirədəki Mariupol şəhərindən humanitar dəhliz açılması barədə üç xahişini rədd etmişdi.