Roma Papası Kiprdən 50 miqrantı özü ilə aparacaqbackend

Roma Papası Kiprdən 50 miqrantı özü ilə aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Papası Fransisk özü ilə Kiprdən İtaliyaya 50 miqrant aparacaq.

Bu barədə Kipr Respublikasının prezidenti Nikos Anastasiadias deyib.

Onun sözlərinə görə, Roma-Katolik kilsəsi tərəfindən irəli sürülən bu simvolik təşəbbüs ilk növbədə Avropa Birliyinin miqrant siyasətinə yenidən nəzərə yetirməsi, digər tərəfdən problemin daha ədalətli həlli və Avropa Birliyi dövlətləri arasında miqrantların humanist həyat yaşamaları baxımından vacibdir.

“Məhz bu səbəbdən biz Kiprdən İtaliyaya 50 immiqrantın aparılması təşəbbüsünə görə minnətdarlığımızı bildiririk”, – Kipr prezidenti vurğulayıb.

Qeyd edək ki, Roma Papası Fransisk Kiprdə səfərdədir.