Roma Papası Apostol taxtından imtina etməyi düşünürbackend

Roma Papası Apostol taxtından imtina etməyi düşünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Roma Papası Fransisk Apostol taxtından imtina etməyi düşünür.
TİA.AZ xəbər verir ki, bu barədə İtaliyanın “Libero” nəşri məlumat yayıb.

 

Bildirilir ki, Papanın səhhətində problemlərin olması onun taxtından imtina etməsini şərtləndirən əsas amildir.
Papa Fransisk bu yaxınlarda bağırsaqlarından əməliyyat olunub. Əməliyyatdan sonra möminlərin qarşısına çıxsa da, səhhətinin heç də qaydasında olmadığı deyilir.
Qəzet yazır ki, gələn il Papa Fransiskin 85 yaşı olur. Onun sələfi XVI Benedikt məhz bu yaşda Apostol taxtından imtina etmişdi. O, bu addımı ilə 6 əsr ərzində taxtdan imtina edən ilk Roma Papası kimi tarixə düşüb. Papa Fransiskin də 85 yaşını başa vurduqdan sonra taxtdan imtina etdiyini açıqlayacağı gözlənilir.