Roma casusluq iddiası ilə iki rus diplomatı ölkədən qovdubackend

Roma casusluq iddiası ilə iki rus diplomatı ölkədən qovdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İtaliya hakimiyyəti Rusiyanın Romadakı səfirliyinin iki əməkdaşının ölkədən çıxarılmasına qərar verib. 
TİA.AZ xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Luici Di Mayo məlumat verib.
Di Mayo Rusiyanın İtaliyadakı səfirinin İtaliya Xarici İşlər Nazirliyinə çağırıldığını və qərar barədə məlumatlandırıldığını bildirib. Eyni zamanda, nazir İtaliya kəşfiyyatına və ölkənin təhlükəsizliyini təmin edən bütün dövlət qurumlarına təşəkkür edib.
“Biz ona İtaliya hökumətinin kəskin etirazını çatdırdıq və bu, çox ciddi işdə iştirak edən iki rus məmurunun dərhal ölkədən çıxarılmalı olduğunu bildirdik”, – nazir deyib.
İtalyan xüsusi xidmət orqanları sənədləri təhvil verərkən bir İtalyan dəniz zabiti və bir rus hərbi attaşesinin saxlanıldığını açıqlayıb. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kremldə Rusiyanın İtaliyadakı səfirliyinin əməkdaşının tutulmasının səbəbləri barədə məlumat yoxdur, ancaq o, Moskva ilə Roma arasında konstruktiv əlaqələrin davam edəcəyinə ümid edir.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Rus diplomatların İtaliyadan qovulmasına görə təəssüfləndiyini bildirib:
“Bu qərarın şərtlərini dəqiqləşdiririk. İkitərəfli münasibətlər səviyyəsinə uyğun olmayan hərəkətlə əlaqədar mümkün addımlarımızı əlavə olaraq açıqlayacağıq”.