RİZVAN TALIBOV DEPUTATA CƏBHƏ AÇDI- QƏRBİ AZƏRBAYCAN QALMAQALIbackend

RİZVAN TALIBOV DEPUTATA CƏBHƏ AÇDI- QƏRBİ AZƏRBAYCAN QALMAQALI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin sədri Rizvan Talıbov “Qərbi Azərbaycan İcması”nın sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılması ilə bağlı fikrinə münasibət bildirib.


TİA.Az-a danışan sədr deyib ki, Əziz Ələkbərli öz deputat maaşı və imtiyazları ilə kifayətlənsə yaxşıdır:

” Əziz Ələkbərli ilə qarşılıqlı hörmət əsasında qurulmuş normal münasibətimiz olub. Ancaq doğrusunu söyləyim ki, onun bəzi təzadlı fikirləri ilə bir çox hallarda razılaşmamışam. Bu gün qaldırdığı Ermənistan qaçqınlarının qaçqınlıq statusunun bərpa olunması haqqında olan fikirləri təqdirəlayiqdir. Lakin xatırlatmaq istəyirəm ki, vaxtilə biz birlik olaraq bu məsələni ictimaiyyətə çatdıranda bunun dövlətimizin milli-maraqlarına uyğun gəlmədiyini söylədiyimizdə Qaçqınlar Cəmiyyətinin sədri olan Əziz Ələkbərli bizim əleyhimizə çıxırdı.


Bu gün adını dəyişərək “Qərbi Azərbaycan İcması” qoyan Azərbaycan Qaçqınlar Cəmiyyəti Ermənistan qaçqınları üçün heç bir iş görməyib.
Mənim tövsiyəm bundan ibarətdir ki, deputat mandatı daşıyan Əziz müəllim öz deputat maaşı və imtiyazları ilə kifayətlənsin. Saatlı və Sabirabad seçilərinin də əminəm ki, çox böyük problemləri var. O zonanın deputatı olaraq onların problemlərini gündəmə gətirsin. Qərbi Azərbaycan mövzusunu buraxsın. Bu məsələyə onun fəaliyyəti ziyan vurur.
Bilirəm ki, Əziz müəllim bir Qərbi azərbaycanlı olaraq narahat olur. Ancaq o, heç narahat olmasın. Bizim birliyimiz-Qərbi Azərbaycana Qayıdış Birliyi var. Biz mübarizəmizi uğurla davam etdiririk”.