Tribuna İnformasiya Agentliyi

Riçard Gir özündən otuz üç yaş kiçik sevgilisi ilə evlənir

16 Aprel

Məşhur Hollivud ulduzu, aktyor Riçard Gir üçüncü dəfə evlənir.

Oxu.Az xbər verir ki, 68 yaşlı aktyorun toyu gələn ay olacaq.

O, özündən 33 yaş kiçik sevgilisi Alehandra Silviya ilə evlənəcək.

İspaniyanın məşhur varlı ailəsindən olan Silviya ilə Girin münasibəti üç il öncə başlayıb.

Qeyd edək ki, 35 yaşlı Silviya ilə evlənən Riçard əvvəllər Keri Louel və Sindi Krauford ilə evlənib, daha sonra boşanıb.