“RİA.NOVOSTİ”NİN AZƏRBAYCANDA BLOKLANMASI YERİNDƏ OLAN QƏRARDIR” – QULU MƏHƏRRƏMLİDƏN REAKSİYAbackend

“RİA.NOVOSTİ”NİN AZƏRBAYCANDA BLOKLANMASI YERİNDƏ OLAN QƏRARDIR” – QULU MƏHƏRRƏMLİDƏN REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin mürəkkəbi qurumamış bu cür addımların atılması iki dövlət arasında hazırda mövcud olan münasibətlərin məntiqinə və ruhuna ziddir”.
Bunu TİA.Az-a media eksperti Qulu Məhərrəmli “RİA.Novosti” Agentliyinin separatçılara platforma verməsi ilə bağlı deyib.
Artıq agentliyə Azərbaycan ərazisində giriş rəsmi şəkildə məhdudlaşdırılıb. Q.Məhərrəmli düşünür ki, “RİA. Novosti” Agentliyinin Azərbaycan ərazisində bloklanması çox yerində olan və dürüst qərardır.
“Ona görə ki, əvvələr də “RİA.Novosti” Azərbaycanın ərazi bütövlüyü əleyhinə, Azərbaycanda seperatizmi stimullaşdıran yazılar, müsahibələr dərc edib. Onlara dəfələrlə xəbərdarlıq olunub. Amma yenə də son məlumatlar göstərir ki, agentlik bu məsələlərdə Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə hörmətsizlik nümayiş etdirir. Ona görə də belə bir saytın bloklanması çox vacibdir və hesab edirəm ki, nə qədər kəskin olsa da Azərbaycan tərəfindən atılan çox dürüst addımdır.
Çünki Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin mürəkkəbi qurumamış bu cür addımların atılması iki dövlət arasında hazırda mövcud olan münasibətlərin məntiqinə və ruhuna ziddir.
Ümumiyyətlə, RİA və digər rus saytları Qarabağ seperatçılarına həddən artıq çox diqqət yetirir, lazım olan və olmayan bütün məlumatları yayır, ermənilərin mətbuat şəbəkəsi kimi fəaliyyət göstərirlər. Bu cür agentliklər Rusiyadakı erməni qüvvələrinin tam təsiri altındadır və onların diktəsi ilə bir çox məlumatlar hazırlanır.
Düşünürəm ki, Azərbaycan tərəfindən belə addımların atılması gələcəkdə ölkəmizə qarşı informasiya təxribatı törədən hər hansı rus və ya digər ölkə saytlarına bu addımlar tətbiq olunmalıdır. Hər kəs bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, ona qarşı bu cür informasiya təxribatları aparmaq yolverilməzdir. Seperatizmi stimullaşdırmaq təkcə ikitərəfli münasibətlərə deyil, beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara ziddir. Hesab edirəm ki, bundan digər rus saytları da nəticə çıxarmalıdır. Baxın, Azərbaycanın təxminən 10-a yaxın informasiya agentliyi və saytının Rusiyada yayımı qadağan olunub.
Niyə? Çünki həmin saytlar Rusiya-Ukrayna müharibəsi ilə bağlı hər hansı məlumatı verəndə Rusiya tərəfi hesab edir ki, burada onların maraqlarına toxunan nüanslar var. Hər dövlət özünün informasiya təhlükəsizliyini qoruduğu kimi Azərbaycan da bu addımı atmağa məcburdur. Ona görə də bu saytın bloklanması tam məntiqə uyğundur”.

TİA.Az