“RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıbbackend

“RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb.

Bu barədə TİA.AZ “Caliber.az”a istinadən xəbər verir.

Qeyd edək ki, “RİA Novosti” daha əvvəl erməni separatçılarının “dövlət naziri”, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanla Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğuran geniş müsahibəsini dərc edib.

Bu təxribat xarakterli müsahibə Bakıda Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Qeyd edilib ki, agentliyin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir. Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə separatçılıq təhdidlərinə qarşı mübarizə müddəaları ilə ziddiyyət kimi qiymətləndirilib.