Reza Deqati fotoaparatını satıb vəsaiti “YAŞAT” fonduna köçürmək niyyətindədirbackend

Reza Deqati fotoaparatını satıb vəsaiti “YAŞAT” fonduna köçürmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur fotojurnalist Reza Deqati fotoaparatını satıb əldə edəcəyi vəsaiti “YAŞAT” fonduna köçürmək niyyətindədir.

TİA.AZ xəbər verir ki, bu barədə soydaşımız bir sıra yerli KİV-lərin rəhbərlərilə görüşündə bildirib.

Onun dediyinə görə, həmin fotoaparatla Vətən müharibəsini çəkib.

“Hərbçilərlə səngərlərdə olmuşam, onlarla bir yerdə çörək yemişik. Odur ki, şəhid övladları elə öz övladlarım kimidir mənim üçün”, – R.Deqati kövrəlmiş halda bildirib.