Reytinq üçün azyaşlıya siqaret çəkdirən şəxs saxlanıldı — VİDEObackend

Reytinq üçün azyaşlıya siqaret çəkdirən şəxs saxlanıldı — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün sosial şəbəkələrdə gənc oğlanın azyaşlı uşağa siqaret çəkdirməsi ilə bağlı videogörüntü yayılıb.  

TİA.AZ-ın əldə etdiyi məlumata görə, həmin şəxs taksi sürücüsü Orxan Mustafayevdir.Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 2000-ci il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb:

“O, ilkin izahatında bildirib ki, azyaşlı onun qohumudur, sosial şəbəkələrdə reytinq qazanmaq, diqqət çəkmək üçün belə bir paylaşım edim. Hazırda araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Həmin görüntüləri təqdim edirik: