Tribuna İnformasiya Agentliyi

Reynaldonun “Qarabağ”la müqaviləsinin müddəti açıqlandı

11 Dekabr

Qazaxıstanın “Aktobe” klubu ilə müqaviləsini yeniləməyən Reynaldo Silvanın yenidən “Qarabağ”a qayıdacağını xəbər vermişdik.

Oxu.Az xəbər verir ki, artıq onun Ağdam klubu ilə nə qədər müddətə anlaşacağı bəlli olub.

Belə ki, Qazaxıstan klubunun sosial şəbəkə hesabı Reynaldonun yenidən “Qarabağ”a qayıdacağını və onunla 2,5 illik müqavilə imzalanacağı bildirilib.