Tribuna İnformasiya Agentliyi

İrəvanda qorxu: müharibə qaçılmazdır

22 Aprel

Rusiyalı politoloq Stanislav Belkovskinin tezliklə Rusiyanın Qafqaz regionunu tərk edəcəyi barədə verdiyi açıqlama Ermənistanda böyük qorxu yaradıb. 
Rusiyalı politoloq Stanislav Belkovskinin tezliklə Rusiyanın Qafqaz regionunu tərk edəcəyi barədə verdiyi açıqlama Ermənistanda böyük qorxu yaradıb.

TİA.AZ-ınn məlumatına görə, Stanislav Belkovskinin “Exo Moskvı” radiosunun efirində “Rusiya imperiyasının dağılacağı, Dağıstan, Çeçenistan və İnquşetiyanın Rusiyanı tərk edəcəyi barədə” məqaləsinə erməni jurnalist Romella Mnasakanyan da laqeyd qala bilməyib və o, “ArmenianReport” yazdığı məqaləsində bütün ermənilər adından Stanislav Belkovskiyə müraciət edib:
“Rusiyanın dağılmasınıvn qaçılmaz olması aydındır, amma biz bu illər ərzində yaşamalıyıq”.
Rusiyalı politoloq həmçinin bildirib: “Cənubi Qafqaz artıq Rusiya imperiyasından birdəfəlik ayrılıb, yaxud onun geri dönməsi uzun müddət mümkün olmayacaq».
Romella Mnasakanyan isə bu fikrin Ermənistana aid olmadığını bildirir: “Rusiya Ermənistına heç yerə buraxmır, onun inkişaf etməsinə imkan vermir. Onun sivilizasiyalı dövlətlərin Böyük Avropa ailəsinə dönəməsini (???? – red.) istəmir. Gürcüstanın nəyin bahasına ora can atmasını xatırlamaq yerinə düşər”.

Erməni jurnalist Cənubi Qafqazda yeganə rus hərbi bazasının Ermənistanda yerləşdiyini bildirir: “Bu baza bizim düşmənlərimiz üçün təhlükə olduğundan çox, bizim özümüz üçün də təhlükəlidir”. Erməni jurnalist daha sonra dəqiqləşmə aparıb və “biz” dedikdə az sayda ermənini nəzərdə tutduğunu vurğulayıb: “Rusiya əsarətiindən azad olmaq istəyənlər üçün təhlükəlidir”.
Erməni jurnalist Rusiyanın dağılacağı barədə xəbərlərin Ermənistanda qorxu doğurmasının sirrini məhz bu cümlə ilə açıb. Yəni ermənilər başa düşür ki, Rusiya regionu tərk edərsə, Azərbaycanla müharibədə tək qalacaqlar. Bunun nə demək olduğunu isə 1918-ci ildən çox yaxşı bilirlər. Onda Qafqazda 140 min silahlı erməni əsgər vardı və onlar Rusiyadakı inqilabla  bağlı Birinci Dünya müharibəsindəki mövqelərini qoyaraq Azərbaycanın şəhər və kəndlərinə dolmuşdular. Bakıda 30 min, Qarabağda 30 min və İrəvanda 30 min erməni vardı.
Qalan erməni ordusu isə Gümri, Şamaxı və Lənkəran kimi şəhərləri nəzarətə götürmüşdü. Birinci Dünya müharibəsinə cəmi 1400 azərbaycanlı çağrılmışdı və onlar Gəncəni nəzarətə götürməyi bacarmışdılar. Amma Qafqaz seyminin bölünməsi nəticəsində Azərbaycanın payına düşmüş ərazilər silahlı erməni qoşunlarının nəzarətində idi. Azərbaüycan xalqı iki il ərzində təşkilatlanaraq bütün ərazilərini erməni ordusundan təmizləyə bilmişdi. “Böyük Ermənistan” xəstəliyinə yoluxmuş ermənilər anlayır ki, Rusiya regionu tərk edərsə, bu, Qarabağın işğaldan azad olması ilə nəticələnəcək. Onları qorxudan məhz budur.