Reuters: Sudan hərbçiləri çevriliş üçün Rusiyadan icazə alıbbackend

Reuters: Sudan hərbçiləri çevriliş üçün Rusiyadan icazə alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakimiyyəti ələ keçirməzdən əvvəl Sudan hərbçiləri öz planlarını Rusiya hakimiyyəti ilə razılaşdırırdı.

 

Qaynarinfo xəbər verir ki, bu haqda Reuters-in məlumatında deyilir. Agentliyin məlumatına görə, hərbçilər özlərini Rusiya Federasiyasınınveto hüququna malik olduğu BMT Təhlükəsizlik Şurasının sanksiyalarından qorumaq istəyiblər.

Mənbələr qeyd edir ki, hərbçilər, o cümlədən hərbiləşdirilmiş çevik reaksiya qüvvələrinin komandiri Məhəmməd Hamdan Daqalo Moskva ilə daha sıx əlaqələr qurmaq niyyətindədir.

 

Bu arada Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, Kreml Sudanda baş verənləri çevriliş yox, “bu ölkəyə kənardan qərarlar qəbul etdirmək cəhdləri” fonunda hakimiyyət dəyişikliyi hesab edir”. Eyni zamanda, Rusiya tərəfi Sudanda hakimiyyətin ələ keçirilməsi ilə bağlı “narahatlıq bildirməyi” təklif edib, lakin bunu pisləməyib.

 

Xatırladaq ki, Sudan hərbçiləri oktyabrın 25-də keçid hökumətinin bir neçə üzvünü saxlayıblar. Bundan sonra orada kütləvi etirazlar başlayıb, azı 7 nəfər ölüb, 140-dan çox insan yaralanıb.

 

Qeyd etmək yerinə düşər ki, Sudanda Rusiya şirkətləri qızıl yataqlarını işlədir, Qırmızı dənizdə hərbi baza tikmək layihəsi müzakirə olunur.