“Rəsul Quliyev zorla bağımı əlimdən aldı” – Sabiq deputat şok faktlar açıqladıbackend

“Rəsul Quliyev zorla bağımı əlimdən aldı” – Sabiq deputat şok faktlar açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sabiq deputatı Qalib Salahzadə açıqlama ilə çıxış edib. TİA.AZ-a danışan sabiq deputat eks-spiker Rəsul Quliyev tərəfindən bağının zor gücünə əlindən alındığını bildirir: “1995-ci ilin sonunda Ulu Öndər Heydər Əliyev bağımıza qonaq gəldi. Onunla birlikdə Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyev, Prezident Adminstrasiyasının sabiq şöbə müdiri Fatma Abdullazadə, Prezidentin İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev də onunla birlikdə idi. Bu hadisənin şahidləri var.

Rafael Allahverdiyev Heydər Əliyevi aldatmışdı ki, guya mənim bağımda ev yoxdur. Amma mən o bağda 8 ədəd – bəziləri kiçik, bəziləri böyük ev tikdirmişəm. Akif Muradverdiyev isə evlərin olduğunu bildirib, ona görə də, onların arasında mübahisə yaranıb. Heydər Əliyev də onlara inanmayıb, şəxsən bağa gəlmişdi. Mənim xəbərim olmadan bağımın qabaq hissəsi Rusiya səfirliyinə verildi. İndi isə bəzi şəxslər ortaya çıxıb, bağımda haqlarının olduğunu bildirirlər”.

Hacı Qalib qeyd edir ki, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu hazırda onun bağına iddia edir: “Gedib mənə məxsus bağda yerləşib, deyir ki, guya 2010-cu ildə bağ Rəsul Quliyevə verilib. Rəsul Quliyev də deyir ki, bu barədə məhkəmə qərarı var. Rəsul Quliyev özü 26 il əvvəl ölkəni tərk edib, amma indi iddia qaldırır ki, bağ və evlər guya ona məxsusdur. Heydər Əliyev bağa gələndə şahidlər olub.

Mübahisə yarandığı üçün də Ümummilli Lider Heydər Əliyev mərhum qardaşı, akademik Cəlal Əliyevin vasitəsilə mənə bağışlayıb. Mənim o bağda əkdiyim ağacların yaşı Ağasif Şakiroğludan böyükdür. Amma indi gəlib deyirlər ki, 26 il əvvəl ölkəni tərk etmiş adam bu bağın sahibidir. Guya məhkəmə 2010-cu ildə qərar çıxarıb. Halbuki mən özüm o bağda, evlərdə qeydiyyatdayam. Məni qeydiyyatda olduğum yerdən çıxarıblar. Məhkəməyə sənədləri göndərmişəm. Amma bilmirəm bu məsələni necə həll edim. Xahiş edirəm ki, Əmlak Komitəsindən mütəxəssis gəlib yoxlasın, müəyyən edilsin ki, o ərazi kimə məxsusdur”.

TİA.AZ