Restoranlara və şadlıq saraylarına xəbərdarlıq edildibackend

Bəzi iaşə obyektlərindən və şadlıq saraylarından axşam saatlarında havaya tüstü, iyi, qoxu yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) şikayətlər daxil olub.

Nazirlikdən verilən məlumata görə, mütəxəssislər tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb.

ETSN-in departament direktoru Ramal Bağırov jurnalistlərə bildirib ki, paytaxtın Nizami və Xətai rayonlarında fəaliyyət göstərən bəzi şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atılır: “Restoranlarda təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında qulluq edilmədiyindən havaya yenidən tüstü, iyi və qoxu yayılır. Obyekt sahiblərinə dəfələrlə xəbərdarlıq olunub ki, filtrləri vaxtında dəyişsinlər, havaya atılmaların qarşısını alsınlar və sakinlərə diskomfort yaratmasınlar”.