Restoranlara tətbiq edilən bu məhdudiyyət götürülə bilərbackend

Restoranlara tətbiq edilən bu məhdudiyyət götürülə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni il bayramında restoranların gecə saat 12-yə qədər işləməsi ilə bağlı məhdudiyyət aradan qaldırıla bilər”.

TİA.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş. Mövsümovun sözlərinə görə, ola bilər ki, bu məsələyə xüsusi günlərdə, məsələn, Yeni il ərəfəsində baxılsın: “Yəni, məhdudiyyət götürülməsə belə, bu, hansısa günlərdə xüsusi istisna hal kimi nəzərdə tutula bilər”