Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adının dəyişdirilməsi haqda qanun qəbul edildibackend

Respublika Günü və Dövlət Müstəqilliyi Gününün adının dəyişdirilməsi haqda qanun qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
TİA.AZ-ın xəbərinə görə, deputatlar layihə barədə fikirlərini bildirirlər.
Layihəyə əsasən, 28 May – Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.
Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.