Rəşid İsmayılov “Bilayn” şirkətinin prezidenti təyin edildibackend

Rəşid İsmayılov “Bilayn” şirkətinin prezidenti təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəşid İsmayılov Rusiyanın “VimpelCom” telekommunikasiya şirkətinin (“Bilayn” brendi) direktorlar şurasının iclasında şirkətin prezidenti seçilib.

TİA.AZ xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

R.İsmayılov 2023-cü ilin avqust ayına qədər üçillik müqavilə imzalayıb. O, əvvəllər şirkətin baş direktorunun müşaviri vəzifəsində işləyib.

R.İsmayılov 2014-cü ildən 2018-ci ilə qədər rabitə nazirinin müavini olub, daha sonra “Nokia” şirkətinin Rusiyada baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən trafik filtrləmə sistemlərini tətbiq edən “Məlumatların İşlənməsi və Avtomatlaşdırılması Mərkəzi” (DCAA) şirkətinə rəhbərlik edib.