Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi təyin olundubackend

Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Zirə”nun baş məşqçisinin adı məlum olub. 
TİA.AZ xəbər verir ki, bundan sonra komandanı Rəşad Sadıqov çalışdıracaq. Mütəxəssislə 3 illik müqavilə bağlanıb.
“Zirə” PFK-nın fəxri prezidenti Orxan Məmmədovun klubun mətbuat xidmətinə açıqlamasında Sadıqovun təyinatından danışıb:
“Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə etdik. Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram ”