Rəşad Sadıqov: “Yenə oynamaq olardı”backend

Rəşad Sadıqov: “Yenə oynamaq olardı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda iki hissi özümdə yaşayıram. Özümü həm böyük boşluğa düşmüş kimi, həm də yükün altına girmiş kimi hiss edirəm. Bəlkə də, bu misiyanın bitməsinə hardasa sevinirsən. Böyük oyunlarda iştirak edə bilməyəcəyəm. Düşünürəm ki, əlimizdən gələn qədər bunun öhdəsindən gəldim”.

Bu fikirləri canlı yayımda Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı Rəşad Sadıqov deyib.

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi qərarına ən çox hansı amilin təsir etdiyini açıqlayıb. Sadıqov bildirib ki, karyerasını bitirməsi güclə bağlı deyil: “Ən əsası məsuliyyət idi. 35 yaşımdan sonra hər mövsümün sonu karyeramı bitirmək barədə fikirləşirdim. Artıq 38 yaşım var idi. Bu il çox qəti qərar verdim. Amma oynamaq olardı, bundan sonra “Qarabağ”ın heyətində 38 yaşlı oyunçu yox, daim oynaya biləcək biri çıxış etməlidir”.