Rəşad Məcid Mətbuat Şurasının sədri seçildibackend

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib.

TİA.AZ xəbər verir ki, bu gün Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

Qeyd edək ki, R.Məcid bu postda Şuraya 19 il rəhbərlik etmiş Əflatun Amaşovu əvəz edib.

Qurultayda həmçinin, MŞ-nin 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi də seçilib. Bunlardan 14-ü jurnalist, 9-u isə ictimaiyyət nümayəndələridir.