Rəqsanə aparıcı Zauru müdafiə etdi: “Bizim axırımız hara gedir?”backend

Rəqsanə aparıcı Zauru müdafiə etdi: “Bizim axırımız hara gedir?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Zaur Kamalın efirdən cənubi azərbaycanlı müğənni Afşin Azərini qovması insanlarda ona qarşı qıcıq oyatdı”.
Bu sözləri Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova ifaçı qızı Aysun ilə sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.
Sənətçi Zaur Kamalın hərəkətlərinin düzgün olmadığını söyləyib, ona məhkəmə qursa da, daha sonra fikirlərində aparıcını müdafiə edib.
“Zaur dostumuzdur. İllərin peşəkar aparıcısıdır. Bu həyatda səhvsiz insan var? Ola bilər ki, hansısa səbəblər var ki, bu hadisə baş verdi. Ağzınıza gələni yazıb, deyirsiz. Biz niyə bu qədər aqressivik? Bizim axırımız hara gedir? Özümüzü niyə bu qədər biabır edirik?”.
R.İsmayılova həmçinin oğlu Muhammedin kiçik toyuna media nümayəndələrinin çəkiliş aparmasına qarşı çıxaraq, bu məsələyə belə aydındlıq gətirib.
“İyulun 25-i oğlumun kiçik toyuna mətbuatı məclisə buraxmayacağam və qonaqlarımın da hamısına xəbərdarlıq edəcəyəm. Bu fikri heç kimdən götürməmişəm, özüm də buna qarşı deyiləm. Sadəcə elə qonaqlarımız var ki, onlar məclisə gəlməyə çəkinirlər. Çoxları iş, dövlət adamlarıdır. Deyirlər ki, niyə övladlarımızı çəkib, sosial şəbəkələrdə paylaşmalıdırlar?!”.
Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı dörd övladı var.