Tribuna İnformasiya Agentliyi

Repçi “French Montana” Həbib-Konor döyüşündən 100 min dollar qazanıb

08 Oktyabr

Amerikanın daha çox “French Montana”ləqəbi ilə tanınan repçisi Kərim Harbuş Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 100 min dollar qazanıb.
TİA.AZ  xəbər verir ki, repçi TMZ nəşrinə müsahibəsində bu qazancı ilə fərəhlənib.
“French Montana” rusiyalı döyüşçünün qatı azarkeşidir. Musiqiçinin sözlərinə görə, o, öz “qardaşı”nın qələbəsinə pul qoyub və bunda yanılmayıb. Harbuş indi Makqreqorun təkid etdiyi revanş döyüşü gözləyir.