REKTOR ƏDALƏT MURADOV MƏZUNU “QIRMIZI DİPLOM”DAN MƏHRUM EDİB – FOTObackend

REKTOR ƏDALƏT MURADOV MƏZUNU “QIRMIZI DİPLOM”DAN MƏHRUM EDİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Əməyin iqtisadiyyatı ixtisaslaşması üzrə magistratura üzrə təhsil pilləsinə qəbul olmuş, bu il məzun olmuş Sevinc Əhmədova şikayətçidir. TİA. Az xəbər verir ki, universiteti əlaçılıqla oxumuş, 2022-ci ilin 10.05.2022-ci il tarixində “Tədqiqat işinin aparılması” fənnindən Hüseynov Rəşad Aktiv oğlu tərəfindən yanlış olaraq 58 E balla qiymətləndirilib. “Qiymətləndirmənin səhv apararaq, izahat yazmış və balımı 81 B olaraq yeniləmişdir. Lakin sistemdə müvafiq düzəliş yenilənməmişdir. Universitet rəhbərliyi bundan narahat olmamağımı dilə gətirmiş, mövcud yanlışlığın aradan qaldırılmasını bildirmişdirlər. (Proqram rəhbəri: i.ü.f.d., dos. Hümbətova Suqra İnqilab qızı). Sonradan boyun qaçıraraq belə bir halın olmayacağını bildirmişdirlər. Əlavə olaraq qeyd edirəm ki, universitetlə əlaqə saxlayıb heç bir məlumat bildirmirlər.
Universitet boyun qaçırdır. Mən hara müraciət edim? Bu özbaşınalığa kim baxır? Əlaqə saxlaya bilmirəm, telefonlarımı açmırlar. Bir qiymətə görə Qırmızı diplomdan məhrum olunuram”-deyə S. Əhmədova yazıb.

TİA. Az