Tribuna İnformasiya Agentliyi

Rekorda bax! 10 dəqiqəyə 74 hot-doq yeyib çempion oldu-VİDEO

05 İyul

34 yaşlı amerikalı Coui Çestnat sürətlə hot-doq yemək üzrə çempionatda yeni rekorda imza atıb.

TİA.AZ-ın məlumatına görə, Nyu-Yorkda keçirilən yarışmada o, 10 dəqiqəyə 74 hot-doq yeyib. Beləliklə o, özündən əvvəl rekord vurmuş Karmen Sinkottini qabaqlayıb. Qeyd edək ki, K.Sinkotti 64 hot-doq yeməklə rekorda imza atmışdı.

 Qadınlar arasında isə bu çempionatın qalibi Las-Veqasdan olan Miki Sudo olub. O, 10 dəqiqəyə 37 hot-doq yeyib.