Rekord isti il gözlənilirbackend

Rekord isti il gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Ümumdünya Meteoroloji Təşkilatının (ÜMT) açıqladığı hesabata görə, yaxın beş ildə rekord isti ​​gözlənilir.

Bu barədə “Axios” xəbər verir.

Təşkilatın xəbərinə görə, 2021-2025-ci illər arasında azı bir ilin “ən isti” olmaq şansı 90 %-dir. Üstəlik, bu aralığın hər ilində quru səthindəki orta temperatur sənayeləşmədən əvvəlki dövr göstəricilərini ən azı 1°C, illərin birində isə 40 % ehtimalla 1,5°C üstələyəcək.

ÜMT baş katibi Petteri Taalas qeyd edib ki, temperaturun yüksəlməsi dünyanın istixana qazı tullantılarını azaltmaq və karbon neytrallığına çatmaq üçün öz öhdəliyini yerinə yetirməsinin vacibliyinin növbəti göstəricisidir.