“Rejissorlar filmə maliyyə ayıran şəxsləri aldadırlar”backend

“Rejissorlar filmə maliyyə ayıran şəxsləri aldadırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev maraqlı açıqlamaları ilə diqqət çəkib.

BiG.AZ-a müsahibə verən aktyor keyfiyyətsiz filmlərin çəkilməsindən gileylənib:

” Rejissorlar çox zaman filmə maliyyə ayıran şəxsi aldadırlar. Bilirsiniz necədir, insan gərək bacardığı işi etsin. Görürsən ki, bir-iki aktyor, rejissor dostu olan biri deyir ki, gəlin bir film çəkək. Zəng edirlər buralardan xəbəri olmayan, Rusiyada yaşayan imkanlı dostlarına ki, bizə 200 000 manat göndər, film çəkək. Burada filmlər partladır, yaxşı pul gəlir. O da fikirləşir ki, 50 000 qazanc əldə edə bilər və pulu göndərir. Kino çəkirlər. Baxılmır, kino-teatrlar qəbul etmir. Arada pullar yeyilir. Bir də təcrübə olur ki, hə, adamlar film çəkdi də. Belə bir vəziyyətdə filmin inkişafından söhbət gedə bilməz. Konkret işlər görülməlidir. Bu işlərə baxan, nəzarət edən, qaydalar qoyan bir adam olmalıdır. Dövlət tərəfindən təyin olunan bir adam olmalıdır. Yığışıb bu təklifi irəli sürsək bəlkə də bir şey alındırmaq olar. Həmin adam baxsın ssenariyə, əgər bəyənsə, maraqlansın ki, hansı rejissor çəkəcək, hansı aktyorlar obraz canlandıracaq. Bütün bunlarla maraqlanandan sonra həmin təşkilat qərar versin ki, filmi çəkmək olar ya yox. Yoxsa ki, hər yerindən duran film çəkir, efirlərə buraxırlar. Bu da tamaşaçının zövqünü korlayır”.