backend

Rəhim Aygün və Natavanı bir araya gətirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Natavanın yerində olsaydım, Aygün Kazımova ilə mənə qoşulardım. Üçümüz “Həbibim” mahnısını ifa edərdik. Niyə də yox?”. 

“Natavanın yerində olsaydım, Aygün Kazımova ilə mənə qoşulardım. Üçümüz “Həbibim” mahnısını ifa edərdik. Niyə də yox?”.

TİA.AZ Axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli “Xəzər maqazin”ə açıqlamasında deyib.

İfaçı şou-biznesdəki yeni qruplaşmadan danışıb. O, xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibini barışığa səsləyib.

R.Rəhimlinin bu təklifinə Aygün Kazımova da müsbət yanaşdığını bildirib:

“Biz yaradıcı insanlarıq. Ortaya layihələr çıxarmalıyıq. Təbii ki, razıyam. Niyə olmasın? Mən təsəvvür edirəm, çox maraqlı olar”.

N.Həbibi də R.Rəhimlinin təklifinə müsbət yanaşıb:

“H-trio” olar. “W-trio” artıq olub (gülür). Mənə hələ heç kəs təklif etməyib. Xahiş edirəm, yazılı şəkildə mənə təklifinizi bildirin. Sizin cavabınızı gözləyirəm”.