Tribuna İnformasiya Agentliyi

Referendumdan yeni qərar: Çılpaq qaralmağa icazə verildi

12 İyun
İspaniyanın Barcelona şəhəri yaxınlığındakı bir qəsəbədə yalnız qadınlar arasında keçirilən referendumda ” hovuzlarda çılpaq qaralma qadağası” aradan qaldırılıb.
Moderator.az xəbər verir ki, bələdiyyənin keçirdiyi referendumda 16 yaşından böyük 379 qadın səsvərmədə iştirak edib. Bu insanların 61 faizi qadağanın qaldırılması istiqamətində səs verib. İştirakçıların 31 faizi isə qadağanın davam etdirilməsini istəyib.
Referendumu gündəmə gətirən hadisə isə ötən yay baş verib. Bir xilas edənin şikayətindən sonra  paltarsız hovuza girən iki qadın polis tərəfindən məcbur geyindirilmişdi.
Bu hadisə qəsəbədə etirazlara səbəb olmuş, qadağanın qalxmasını istəyən bəzi qadın və kişilər eyni hovuzda yalnız döş uclarını örtən alt paltarı geyinərək aksiya keçirmişdilər.