Redaktoru 8 min manat alan jurnal haqqında bilmədiklərimiz…backend

Redaktoru 8 min manat alan jurnal haqqında bilmədiklərimiz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə “Azərbaycan Neft Təsərrüfatı” jurnalının əməkdaşlarının əməkhaqları barədə bir sıra məlumatlar yayılıb.

TİA.az Lent.az-a istinadla xəbər verir ki, ajiotaja səbəb olan jurnal işçilərinin əməkhaqlarına əlavələr olunması barədə məlumatları “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı öz “Facebook” hesabında paylaşıb.

Belə ki, hazırda 4526 manat maaş alan redaktor əlavədən sonra 8147, 4209 manat alan redaktorun müavini və baş mühasib əlavədən sonra 7155 manat alacaq.

Bundan başqa, baş mühasibin müavini 3914 manat alırdısa, əlavədən sonra 6262 manat məvacib alacağı bildirilir.

Qeyd edək ki, mövcud rəqəmlər sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.

Xatırladaq ki, “Azərbaycan Neft Təsərrüfatı” jurnalı 1898-ci ildə Bakı Neft Sənayeçiləri Qurultayları Şurası tərəfindən «Neftyanoe Delo» adı ilə təsis edilmişdir. Jurnal aylıq olaraq dərc olunur. Jurnal təkcə Azərbaycanda yox, dünyada neft sənayesinin nailiyyətləri və problemlərini işıqlandıran ilk dərgidir.