access_time Dərc olunub: 17:00
“Azərbaycan əsgərinin kefi duranda o təyyarələri vuracaq”

“Ermənilərin Xocalı hava limanını guya, işə salması ilə bağlı iddiaları cəfəngiyatdır. 


Oradan uçan aparatlar təyyarə deyil, “oyuncaq”dır. İndi kimsə həvəskarlıq edib, bir-iki nəfərlik kiçik uçan texnikaya minib foto çəkdirə bilər. Bu o demək deyil ki, oradan təyyarə enib-qalxır”.


TİA.AZ xəbər verir ki, bu fikirləri Ölkə.Az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib. 

B.Səfərov deyib ki, bu, növbəti erməni təxribatıdır:

“Ermənilər çox istəyir ki, Xocalı hava limanından təyyarə enib-qalxsın, ancaq hünəri çatmır. Bilirlər ki, uçsa, Azərbaycan ordusu vuracaq. Ermənilər anlamalıdır ki, həmin ərazilər Azərbaycana məxsusdur, onlar orada müvəqqətidir. Azərbaycanın öz ərazi bütövlüyünü qoruması beynəlxalq hüququn da tələblərindən biridir”.

B.Səfərov qeyd edib ki, Xocalı aeroportundan enib-qalxan təyyarələri Azərbaycan ordusu dərhal vuracaq:

“Azərbaycan ordusunun istədiyi zaman onları vurmağa ixtiyarı var. Bizim sərhəd qoşunlarımız istədiyi an onları göydə məhv edə bilər. Ona görə də Xocalı hava limanından böyük təyyarələr uça bilməz. Əgər uçacaqsa, o zaman Azərbaycan əsgərinin kefi duranda onu vuracaq. Hətta, mən də görsəm onları vura bilərəm. Əgər mən də hərbçi olsam, əlimdə silahım olsa, o təyyarələri vuraram. Erməni terrorçularının Azərbaycanın hava məkanında nə işi var? 

Şərhlər