access_time Dərc olunub: 21:16
GÖZƏLLİK SALONUNDA ENDİRİM FIRILDAĞI

Sosial şəbəkə istifadəçisi Salahlı Ləman gözəllik salonundan şikayətini bildirib.


TİA.AZ xəbər verir ki,  xanım istifadəçi yeni fəaliyyətə başlayan "Beauty style" gözəllik salonundan gileylidir.

“Salonda açılış ilə əlaqədar olaraq, endirim ediblər. Buna görə lazerə əlavə 4-5 nəfər ilə getdik. Hər birimiz də eyni başaldadıcı vəziyyət ilə qarşılaşdıq. İlk olaraq yazıldığımız vaxtda getməyimizə baxmayaraq,1-2 saat gözləmək məcburiyyətində qaldıq. Sonra isə bəzi nahiyələri edib, (onu da heç yaxşı etmədilər) aparatın xarab olmasına görə, bizi yola saldılar və əvvəlcədən pulun hamısını (55 azn) verməyi tələb etdilər. 100 faiz qarantiya da verdilər ki, gələn səfər gəldikdə digər hissələr işlənəcək və pulunuz yerdə qalmayacaq. Yenidən iki dəfə getdiyim zaman bəhanələr və gözlətmələr ilə üzləşdiyimə görə, pulumu geri istədim. Onlar isə mənə dava- qırğın ilə birinci, 17 azn, sonra isə 20 azn verdilər. Əgər salonu işlədə bilməyəcəklərsə, bunun fəaliyyətinə başlayıb, insanların başını aldatmağın, pullarını yeməyin nə mənası var? Salon açıldığı kimi də fəaliyyətini dayandırmalıdır”. 


İlahə

Şərhlər