access_time Dərc olunub: 12:29
“Dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə mənzil tikib vermir”

“Dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə mənzil tikib vermir”.


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda KİV əməkdaşlarına yeni binada mənzillərin verilməsi qaydaları və şərtlərinin açıqlanması ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, iqtisadi çətinliklərə baxmayaraq, azərbayucanda jurnalitslərə ev verilməsi məsələsi gündəmdən düşməyib:


“Jurnalistlərə məznillərin verilməsi tam şəffaf və ədalətli qaydada həyata keçiriləcək. Sənəd Qəbulu Komissiyasının 9 üzvü var. Onlardan 3-ü KİVDF-nin nümayəndəsi, 3 nəfər Milli Televiziya və Radio Şurasının, digər 3-ü Mətbuat Şurasının nümayəndəsidir. Jurnalistlər sənədləri mayın 22-dən iyun ayının 22-dək Sənəd Qəbulu Komissiyasına təqdim etməlidirlər. Komissiya Toplanan Sənədləri iyunun 30-dək Prezident Admistrasiyasına təqdim edəcək. Sənədlər KİVDF-nin ofisində qəbul ediləcək”.

Şərhlər