access_time Dərc olunub: 15:51
5 yaşlı Kənanın ölümünə “Novakain” səbəb olub - Ekspertiza açıqladı

Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümünün ilkin səbəbini açıqlayıb.


TİA.AZ  xəbər verir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, meyit üzərində aparılan ilkin müayinə zamanı gəlinən nəticəyə əsasən, ölümə səbəb anafilaktik şok olub. Şok uşağa “Novakain” dərmanının vurulmasından yaranıb:

“Ölüm qorxudan baş verməyib. Uşaqda “Novakain”ə qarşı reaksiya baş verib. Uşağın sağlamlığı ilə bağlı başqa problem olmayıb”.

Qeyd edək ki, K.Hüseynov Masallının Musaküçə kəndində təqaüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət edilərkən dünyasını dəyişib. Onun ailənin tək uşağıdır. 

Şərhlər